Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta həkimləri paylaşdı - səhifəsi bağlandı

Saxta həkimləri paylaşdı - səhifəsi bağlandı

Tarix: 19 Noyabr 2024 21:15

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib.

Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.

Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi.


Etiketlər:  Saxta həkimləri paylaşdı səhifəsi bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ