Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan gözlənilməz məğlubiyyət

Tarix: 5 Dekabr 2019 00:32

Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları davam edir. 

Qol.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma keçirilib.

“Başakşəhər” səfərdə “Trabzon”a, “Antalyaspor” “Eyüpspor”a, “Trabzonspor” isə “Altay”a qalib gəlib. “Kasımpaşa” evdə “Vanspor”u, “Ərzurumspor” isə “Bursaspor”u məğlub edib.

Günün ən gözlənilməz nəticəsi İstanbulda qeydə alınıb. “Qalatasaray” doğma meydanda 2-ci divizion təmsilçisi “Tuzlaspor”a 2 cavabsız qolla uduzub.

Qeyd edək ki, mərhələnin cavab görüşləri dekabrın 17, 18 və 19-da olacaq.


4 dekabr

"Trabzon" – "Başakşəhər" - 0:1

"Eyüpspor" – "Antalyaspor" - 0:3

"Kasımpaşa" – "Vanspor" - 2:1

"Ərzurumspor" – "Bursaspor" - 4:2

"Altay" – "Trabzonspor" - 1:2

"Qalatasaray" – "Tuzlaspor" - 0:2

 


Etiketlər:  Qalatasaraydan gözlənilməz məğlubiyyət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR