Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Afaqla münasibətim yaxşı olub, amma həddini aşanda...'' - VİDEO

''Afaqla münasibətim yaxşı olub, amma həddini aşanda...'' - VİDEO

Tarix: 25 Noyabr 2024 21:35

Müğənni Ayan Babakişiyeva aparıcı Afaq Gəncəli ilə münasibətindən danışıb.

Sonxeber.net xəbər verir ki, Ayan bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlama verib. 

O, qalmaqal yaşadığı A. Gəncəli haqda bunları söyləyib: 

"Mən heç kimdən küsməmişəm. Ya da uşaq deyiləm ki, kimdənsə küsüm. Zamanında Afaqla münasibətim o qədər yaxşı olub ki, onun haqqında pis danışmaq istəmərəm. Sadəcə kimsə həddini aşanda... Yəni sən mənimlə yaxınsan, haqqımda çox şeyi bilirsən, efirdən istifadə edib o sualı mənə verməyin təmanna məqsədlidir. Əvvəlcədən demişdim ki, bu mövzu açılmasın, birdən-birə açılırsa, yerində cavabını alacaqsan. Axı xəbərdarlıq etmişəm. Oldu-bitdi, getdi. Ona da, onun timsalında aparıcı dostlarıma da uğurlar arzulayıram".


Etiketlər:  Afaqla münasibətim yaxşı olub amma həddini aşanda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ