Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2024 00:35
Aparıcı İlqar Mikayıloğlu müğənni Niyam Salaminin Masallının Ərkivan kəndində təhsil aldığı məktəbin acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparcı "Günə bax" proqramında qonaq olan ifaçıya sürpriz hazırlamaq istədiyini, lakin gördüyü mənzərədən sonra fikrindən daşındığını bildirib:
"Niyama sürpriz etmək istəyirdik. Doğulduğun Masallının Ərkivan qəsəbəsəinə getdik. İstədik ki, sinif yoldaşlarınızla oxuduğunuz məktəbdə görüşək, çəkiliş edək. Amma çöldən həmin məktəbin nə gündə olduğunu, vəziyyətin nə qədər pis olduğunu gördük. Ona görə də qərara gəldik ki, Elm və Təhsil Nazirliyinə məktub yazaq. İstəyirik ki, oraya sizinlə gedək və çəkiliş aparaq. Çünki qanunsuz çəkiliş aparmağa ixtiyarımız yoxdur. Orada təhsil alıb və yüksək balla ali məktəbə daxil olmaq sözün əsl mənasında qəhrəmanlıqdır".
Niyam Salami təhsil aldığı məktəbdəki şəraitsizliyi dilə gətirib:
"O vaxt müəllim gələnə qədər odun sobası ilə sinifi qızdırırdıq. Məktəbdə dərs vaxtı inək başını pəncərədən başını içəri salırdı. Zarafat etmirəm, həqiqəti deyirəm. Uşaqlar soyuqda oturur. Hələ partaları, oturacaqları hələ görəsən".
İlqar Mikayıloğlu isə onun sözlərini təsdiqləyərək, hazırda da eyni mənzərənin davam etdiyini bildirib.