Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisinin hər yerində etirazlar yatırılıb - Yenilənib - FOTO

Tbilisinin hər yerində etirazlar yatırılıb - Yenilənib - FOTO

Tarix: 29 Noyabr 2024 07:52

07:50

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəqolub.

---------
06:12

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları parlament binasının əks istiqamətinə aparan bir keçidlə qovurlar.

Polis davamlı olaraq su şırnaqı və və gözyaşardıcı qazdan istifadə edir.

------

02:28

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıblar.

Sonxeber.net APA-ya istinadən bildirir ki,  etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Zaman-zaman polislə həbslərlə bitən çəkişmələr olur.

Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazdan da istifadə edirlər.

Xatırladaq ki, bundan əvvəl polislə etirazçılar arasında yaranmış qarşıdurma nəticəsində bir neçə polis əməkdaşının xəsarət aldığı haqda məlumat yayılmışdı.

00:08

Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, "Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri alana qədər bitməyəcək müqavimət başlayır", - Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.

---------
22:31

Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.

Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.

-----------

21:32

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.

Sonxeber.net APA-ya istinadən bildirir ki, "Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar "qullar", "ruslar", "get" şüarları səsləndirirlər.

Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.

Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.

Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.


Etiketlər:  Tbilisinin hər yerində etirazlar yatırılıb Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ