Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? –  Həkim məsləhəti

Tarix: 30 Noyabr 2024 03:06

Birinci mərtəbələrdə yaşayan insanlar daha çox ağciyər xəstəlikləri və immunitetin zəifləməsi, yuxarı mərtəbələrdə yaşayanlar isə baş ağrıları, qan təzyiqi və ürək ritminin pozulması halları ilə rastlaşır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim terapevt Şirin Orayeva hündürmərtəbəli binalarda yaşamaqla bağlı risklərdən danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, birinci və ikinci mərtəbələrdə yaşamağın təhlükəsi zirzəmiyə yaxınlığıdır, burada göbələk və kif olur. Yolların yaxınlığında avtomobil qazlarının yığılması, həmçinin isti havalarda asfaltdan çıxan toz və buxarlar da zərərlidir.

Yeddinci mərtəbədən yuxarı mərtəbələrə gəlincə, burada sənaye müəssisələrinin tüstüsü və elektromaqnit şüalanması sakinlər üçün təhlükə yaradır.

"25-ci mərtəbə və ondan yuxarı ekstremal hündürlükdə olan mərtəbələrdə yaşamaq yüksək vibrasiya səviyyəsi, atmosfer təzyiqinin dəyişkənliyi və liftin sürətli hərəkəti zamanı yaranan yüklənmələr səbəbindən təhlükəlidir", -Orayeva bildirib.

Həkim qeyd edib ki, tibbi baxımdan birinci və yeddinci mərtəbələr arasında olan aralıq optimal hesab olunur. Bu mərtəbələrdə lift xarab olsa belə, yüksək mərtəbəyə qalxmaq lazım deyil, həyətdə oynayan uşağa nəzarət etmək rahatdır, həmçinin səs-küy, rütubət və çirklənmə daha azdır.


Etiketlər:  Neçənci mərtəbədə yaşamaq daha münasibdir Həkim məsləhəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ