Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni ilə şair niyə üz-üzə gəlmədilər? - VİDEO

Müğənni ilə şair niyə üz-üzə gəlmədilər? - VİDEO

Tarix: 30 Noyabr 2024 16:05

Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva istedadlı şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyini təqdim edib. 

Şair tərəfindən qələmə alınan "Nə isə olur belə şeylər" şeirinə eyni adlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin elə özü də rol alıb. 

"Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirlərinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr - deyə Sivva bildirib.   

Cəlil Cavanşir isə şeirin kimə ünvanladığını gizli saxlayacağını bildirib: "Özü bilir kimə həsr etmişəm. (Gülür). Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim "Keçmiş sevgilim" adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqla qarşılandı və sevildi. İnanırıq ki "Nə isə" də belə olacaq.

Qeyd edək ki, "Nə isə" adlı klipdə çəkilişlər fərqli məkanlarda baş tutduğu üçün müğənni ilə şair üz-üzə gəlməyiblər. Klipin sonunda Cəlil Cavanşirin halı pisləşir və ona təcili yardım gəlir. Əslində nələrin baş verdiyini bilmək üçün klipi izləyin.


Etiketlər:  Müğənni ilə şair niyə üzə gəlmədilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ