Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyanın dördüncü ən böyük şəhəri də ələ keçirildi - FOTO

Suriyanın dördüncü ən böyük şəhəri də ələ keçirildi - FOTO

Tarix: 30 Noyabr 2024 23:26

Suriyada silahlı qüvvələr Hələb şəhərini və İdlib vilayətini ələ keçirəndən sonra Həma şəhərinə istiqamət alıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Məlumata görə, silahlı qruplar Morik qəsəbəsini də tutublar.

Qeyd edək ki, bundan öncə "Təhrir əş-Şam"ın Hələbi ələ keçirdiyi bildirilmişdi.

-----

Teleqram kanallarının yaydığı ən son məlumata görə, Suriyanın dördüncü ən böyük şəhəri olan Həma da silahlı birləşmələrin nəzarətinə keçib.

Suriya Müdafiə Nazirliyi isə hökumət qüvvələrinin Həva əyalətinin şimal və şərqindəki mövqelərində qalmağa davam etdiyini bildirib və əyalətdən çıxarılması barədə xəbərləri təkzib edib.


Etiketlər:  Suriyanın dördüncü böyük şəhəri ələ keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ