Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qoy oxusun, oynasın, paltarını çıxartsın''

''Qoy oxusun, oynasın, paltarını çıxartsın''

Tarix: 30 Noyabr 2024 23:50

"Yeni dəb çıxıb: filan şey reytinq vermir. Dəyər reytinqlə ölçülmür: xalqın milli mənəvi dəyəri reytinqlə ölçülməz. Elə insan çağırarıq ki, hoqqa verər, reytinq 20-yə qalxar. Bu, bizim dəyərimizdir?".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. Aparıcı reytinq xatirinə verilişlərdə edilən biabırçı şouları tənqid edib:

"Kimsə kiminləsə ağzına gələni danışacaq, reytinq verəcək. Dəyərimiz budur? Azərbaycanda böyük tədbirlər keşirilir, xaricdə böyük tədbirlərə qatılırıq. Kimlər gedib bizi təbliğ edəcək? Bəzən deyirlər ki, filankəs reytinq vermir. Reytinq vermirsə, etmə verilişi. Nə məcburdur həftədə beş gün efir edirsən? Həftədə bir dəfə veriliş et. Televiziya bunu təbliğ etməməlidir. Qoy sosial şəbəkədə oxusun, oynasın, paltarını çıxartsın. Verilişlərə olmaz".

Hər kəsin öz sosial şəbəkəsi var. Getsin instaqramında, yutubunda, TikTok-unda oxusun. Amma efirdə yox."


Etiketlər:  oxusun oynasın paltarını çıxartsın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ