Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 12:08
Bakı. Trend:
UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümü ilə əlaqədar olub.
Trend-in məlumatına görə, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının 4-cü püşkatma səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.
UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın Amsterdam şəhərində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin