Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada yük maşını 50 avtomobili əzdi - yaralananlar var

Almaniyada yük maşını 50 avtomobili əzdi - yaralananlar var

Tarix: 1 Dekabr 2024 17:30

Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində yük maşınının Polşadan olan sərxoş sürücüsünün törətdiyi qəzada 26 nəfər xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdədir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barəə "Bild" məlumat yayb.

Məlumata görə, yük maşını sürücüsü polisdən qaçmağa çalışıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının dayanmaq tələbinə cavab verməyib, sürəti artırıb və daha sonra qarşıdakı zolağa çıxaraq onlarla avtomobilə çırpılıb.

Qəza nəticəsində ümumilikdə 50 avtomobilə ziyan dəyib. Dəymiş maddi ziyanın məbləği hələ müəyyən edilməyib.

Qəzanın baş verdiyi A1 şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Etiketlər:  Almaniyada yük maşını avtomobili əzdi yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ