Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Antonio Koştanı təbrik edib

İlham Əliyev Antonio Koştanı təbrik edib

Tarix: 6 Dekabr 2024 18:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.

Sonxeber.net-ın məlumatına görə, mətndə deyilir:

Hörmətli cənab Prezident,

Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.

Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".


Etiketlər:  İlham Əliyev Antonio Koştanı təbrik edib


RƏYLƏR