Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolda yeni qayda

Futbolda yeni qayda

Tarix: 6 Dekabr 2024 20:38

Futbol qaydalarında yeni dəyişilik ediləcəyi gözlənilir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qayda qapıçılara münasibəti nəzərdə tutur.

İngiltərə mətbuatının yazdığına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) qapıçının topu 8 saniyədən çox saxladığı təqdirdə hakimin künc zərbəsi təyin etməsi qaydasını nəzərdən keçirir. 

Mövcud qaydalara görə, hazırda belə vəziyyətdə hakimin sərbəst zərbə təyin etmək hüququ var.

Xarici KİV-lərin yazdığına görə, bu yenilik ilk dəfə Malta liqasında sınaqdan keçirilib. Yaxın vaxtlarda onun 20 yaşadək futbolçular arasında İtaliya çempionatında da test edilməsi nəzərdə tutulur. Lakin orada künc zərbəsi əvəzinə rəqibə topu autdan oyuna daxil etmək hüququ veriləcək. Testlər uğurlu olarsa, yeni qaydalar digər yarışlara da şamil ediləcək.

İBAF-ın İdarə Heyətinin üzvü, İrlandiya Futbol Federasiyasının baş katibi Patrik Nelson "The Times" nəşrinə bildirib ki, Maltada tətbiq edilən sınaqlar zamanı küncdən zərbə hallarına rast gəlinməyib.

"Qapıçılar topu 796 dəfə nəzarətdə saxladığı epizodda bir dəfə də olsun 8-ci saniyəlik limiti aşmayıblar" - deyə o qeyd edib.

İBAF rəsmisinin fikrincə, qapıçı topu 8 saniyədən çox saxladığına görə qolla nəticələnən küncdən zərbəyə və auta səbəb olarsa, bu halda məşqçinin qınağına tuş gələcək.

"Bu isə gələcək matçlarda onun oyun davranışını dəyişəcək" - deyə Patrik Nelson bildirib.


Etiketlər:  Futbolda yeni qayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ