Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2024 06:35
Məşhur türkiyəli aktrisa Dəniz Çakır bir müddət Türkiyə televiziyasında iz qoymuş "Yaprak Dökümü" serialında canlandırdığı "Ferhunde" obrazı ilə bağlı etiraflar edib.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, o bu barədə "Empati" verilişində danışıb.
Aparıcının "Yaprak Dökümü" serialı ilə bağlı sualını cavablandıran Deniz Çakır "Ferhundeni çox sevdiyimi yeni anladım" deyib:
""Ferhunde"ni çox sevdim. Bunu yeni anladım. Onun üçün nə qədər darıxdığımı və oynadığım qadın obrazlar arasında nə qədər dəyərli olduğunu başa düşdüm. "Ferhunde" pis qadın deyildi. O zaman 20 yaşım var idi. Onu anlamağa çalışarkən evlilik və qadınlıq haqqında çox şey öyrəndim. "Ferhunde"dən sonra, onun sayəsində "aktrisayam" dedim".