Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 11:28
Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi barədə xəbər yayılıb.
Sonxeber.net xəbər verir ki, Santuşun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz çıxışı səbəbindən AFFA-nın portuqaliyalı məşqçini istefaya göndərəcəyi gözlənilir.
Fernandu Santuşun məsələsinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin dekabrın 13-də baş tutacaq iclasında baxılacağı bildirilir.
Bu arada tanınmış türkiyəli məşqçi Abdullah Avcının Azərbaycan milli komandasının sükanı arxasına gətiriləcəyi barədə xəbər də yayılıb. İddialara görə, Abdullah Avcının köməkçisi Öndər Karavəli artıq Bakıya gəlib.
AFFA-nın mətbuat katibi Elnur Məmmədli modern.az-a açıqlamasında yayılan xəbərləri geniş şərh etməyərək, "Fernandu Santuş hazırda iş başındadır" deməklə kifayətlənib.