Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yorğunluqdan belə xilas olun

Yorğunluqdan belə xilas olun

Tarix: 9 Dekabr 2024 01:33

Yorğunluq gündəlik həyatımızı çətinləşdirə və işlərimizi həll etməkdə maneə yarada bilər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yorğunluq fiziki və psixoloji səbəblərə görə baş verə bilər.

Qeyri-sağlam həyat tərzi, qeyri-rasional gündəlik rejim, yarımçıq yatmaq, hərəkətsizlik, depresiya və çox düşünmək yorğunluğun səbəbləri sırasına daxildir. 

Gün ərzində uzun müddət oturaraq işləmək və ya maşın sürmək insanın hərəkətsiz qalmalı olduğu vəziyyətlər yorğunluğa yol açır.  Uzun iş və ya dərs müddətində qısa fasilələr vermək enerji səviyyənizi qorumağa kömək edir. İki saatdan bir 5-10 dəqiqəlik fasilələr edin və bu fasilələr zamanı sadə gərmə hərəkətləri ilə əzələlərinizi rahatlaşdırın.

Yorğunluğu aradan qaldırmaq üçün sağlam və balanslı qidalanma vacibdir. Karbohidrat, zülal və yağ qrupları balanslı şəkildə istehlak edilməlidir. Sağlam yağların, meyvə və tərəvəzlərin qəbuluna diqqət yetirilməlidir.

Bədəninizin düzgün işləməsi üçün müxtəlif vitamin və minerallara ehtiyacı var. Dəmir, B12 vitamin, D vitamini və maqnezium çatışmazlığı yorğunluğa səbəb olur. Bu vitaminləri ehtiva edən qidaları müntəzəm olaraq istehlak etmək enerjinizi qorumağa kömək edəcək.

Yetərli miqdarda su içmək yorğunluq hissini azaldır.

Özünü daim yorğun hiss edən insanlar həftədə bir neçə gün yürüş edərək daha aktiv həyata sahib ola bilərlər. İdman yorğunluğun azaldılmasında əhəmiyyətlidir.

Daha nizamlı və keyfiyyətli yuxu yorğunluğu aradan qaldırmaq üçün təsirli həll yoludur. İnsanın kifayət qədər yuxu alması və ertəsi gün daha enerjili oyanması üçün gecə ortalama 7-9 saat yatması lazımdır.

Stresin idarə edilməsi yorğunluğun aradan qaldırılmasında mühüm rol oynayır. Streslə mübarizə aparan insanlar tez-tez ictimai fəaliyyətlərlə məşğul olaraq və müxtəlif hobbilər əldə etməklə problemin təsirlərini yüngülləşdirə bilərlər.

Xüsusilə gündəlik olaraq ilıq su ilə duş qəbul etmək daxili bədən istiliyinizi artıraraq özünüzü daha enerjili hiss etməyə kömək edəcək.

Daimi yorğunluq hissi təkcə yorulmaq və ya istirahətin olmamasına görə olmaya bilər. Həmçinin anemiya, limfoma, ürək xəstəlikləri, böyrək çatışmazlığı və s. xəstəliklərin əlaməti ola bilər.


Etiketlər:  Yorğunluqdan belə xilas olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ