Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ünvanlı sosial yardım almaq ASANLAŞIR - YENİ QANUN

Ünvanlı sosial yardım almaq ASANLAŞIR - YENİ QANUN

Tarix: 9 Dekabr 2024 17:04

Ünvanlı dövlət sosial yardımın təyin olunması proseduru asanlaşdırılır.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Vurğulanıb ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur.


Etiketlər:  Ünvanlı sosial yardım almaq ASANLAŞIR YENİ QANUN


RƏYLƏR