Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son zamanlar yayılan xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir - XƏBƏRDARLIQ - VİDEO

Son zamanlar yayılan xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir - XƏBƏRDARLIQ - VİDEO

Tarix: 10 Dekabr 2024 08:03

Halsızlıq, qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma...

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar əhali arasında yayılan xəstəliyin əlamətləri bunlardır.  

Havaların soyuması ilə bir sıra infeksion xəstəliklər baş qaldırıb. Xüsusilə insanlar arasında respirator infeksiyalar, qrip və soyuqdəymə hallarına daha çox rast gəlinir.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazovun sözlərinə görə, bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını zədələyir.

Təyyar Eyvazov deyir ki, qripə qarşı peyvənd olunmalı  və müəyyən gigiyena tədbirləri ilə virusun yayılmasının qarşısını almağa çalışmaq lazımdır.

İnfeksionist tövsiyyə edir ki, bu ərəfələrdə bol vitaminli meyvə-tərəvəz və qidalar qəbul edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  zamanlar yayılan xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ