Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış sığorta şirkətinin lisenziyası ləğv edildi

Tanınmış sığorta şirkətinin lisenziyası ləğv edildi

Tarix: 13 Dekabr 2024 16:48

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

Sonxeber.net bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "Bakı Sığorta"ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.

Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.

Xatırladaq ki, "Bakı Sığorta" 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və "Ekolizinq" MMC-dir (6,68 %).


Etiketlər:  Tanınmış sığorta şirkətinin lisenziyası ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ