Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

Tarix: 14 Dekabr 2024 23:18

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Sonxeber.net-ın xəbərinə görə, Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin keçmiş prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.

Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və "Həyat Təhrir əl-Şam" yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib. Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır. /lent.az


Etiketlər:  Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ