Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın ərini pişiyə görə məhkəməyə verdi

Qadın ərini pişiyə görə məhkəməyə verdi

Tarix: 15 Dekabr 2024 20:20

Hindistanın Karnataka ştatının Ali Məhkəməsi ər-arvad arasında pişik üstündə baş verən ailə qalmaqalını həll etməyə məcbur olub.

Sonxeber.net-ın məlumatına görə, qadın ərini ev heyvanına həddindən artıq qayğı göstərməkdə ittiham edib və onun bütün diqqətini pişiyə verdiyini bildirib.

Məhkəmədə hindistanlı qadın həmçinin bildirib ki, ev heyvanı ona dəfələrlə hücum edərək xəsarət yetirib və bu, münaqişələrə səbəb olub.

"Şikayət Hindistan Cinayət Məcəlləsinin qəddarlıq və cehiz tələblərindən bəhs edən 498A maddəsinə əsasən verilsə də, hakim işin hüquqi meyarlara cavab vermədiyini göstərdi", - məlumatda bildirilib.

Məhkəmə vurğulayıb ki, cüzi fərqlərə əsaslanan belə hallar cinayət mühakimə sistemini daha ağır cinayətlərə baxmaqdan yayındırır və onlara baxmaqdan imtina edir. /lent.az


Etiketlər:  Qadın ərini pişiyə görə məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ