Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2024 14:54
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sonxeber.net bildirir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
33 yaşlı müdafiəçi "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri oyunun birinci hissəsində zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. /Report.az