Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2024 23:56
"İnanılmaz dərəcədə möhtəşəm oyun izlədik.
Təəssüf ki, son dəqiqədə buraxdığımız qola görə uduzduq".
Sonxeber.net xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Leroy Mikels deyib.
Cümə axşamı bölgədə baş tutan qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatsa da, əsas vaxta əlavə olunmuş dəqiqədə Musa Qurbanlı komandasına vacib qələbə qazandırdı.
"Şamaxı"nın ən yaxşısı olan Mikels məğlubiyyətdə sayılmayan qolun vacib rol oynadığını deyib:
"Qarabağ" bu gün formasının zirvəsində deyil. Bu fürsətdən istifadə etmək istəyirdik.
Hətta buna yaxın idik. Hakimlər vurduğumuz qolu oyundankənar vəziyyət qərarı ilə ləğv etdilər.
O topu "Qarabağ" vursaydı, bəlkə də qol kimi qeydə alacaqdılar. Ancaq biz "Şamaxı"yıq. Nə edək?"
Almaniyalı vinger "Şamaxı"nın bu oyundan xalla ayrılacağını təxmin etsə də, istəyi baş tutmayıb:
"İlk 15-20 dəqiqədə "Qarabağ" topun bizə gəlməsinə imkan vermirdi. Hətta bir neçə real qol imkanı da yaxaladılar.
Lakin sonradan pressinq və əks-hücumlar hesabına biz də nəsə etməyə çalışdıq. Səmimi desəm, sona yaxın oyunun heç-heçə bitəcəyinə daha çox ümid edirdim".