Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tesla” 700 min avtomobilini geri çağırır

“Tesla” 700 min avtomobilini geri çağırır

Tarix: 21 Dekabr 2024 10:48

"Tesla" şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan "Cybertruck", 2017-2025-ci illərin istehsalı olan "Model 3" və 2020-2025-ci illərin istehsalı olan "Model Y" avtomobillərində qeydə alındığı deyilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.


Etiketlər:  Tesla avtomobilini geri çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ