Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanda xolesterini kəllə-çarx edir, təzyiq və insult yaradır: Bildiyinizdən daha zərərli imiş

Qanda xolesterini kəllə-çarx edir, təzyiq və insult yaradır:  Bildiyinizdən daha zərərli imiş

Tarix: 25 Dekabr 2024 06:09

Xolesterol səviyyəsinin normada saxlanması sağlamlığın qorunmasında vacibdir, çünki yüksək səviyyədə pis xolesterol (LDL) bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Balanslı qidalanma və sağlam həyat tərzi riski azalda bilər.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, xolesterol hüceyrələrin quruluşunda iştirak edir, hormonların, D vitamininin və öd turşusunun yaranması üçün vacibdir. Ancaq yüksək səviyyədə xolesterol damarlarda lövhə toplanmasına (ateroskleroz) və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Yüksək xolesterolun nəticələri

Yüksək xolesterol hipertoniya, infarkt və insult kimi problemlərə yol açır. Simptomlar aşağıdakı kimidir:

- Sinə və ayaqlarda ağrı, qarışqa gəzmə hissi

- Göz ətrafında yağ yığıntıları

- Başgicəllənmə, yorğunluq, nəfəs darlığı

- Dərinin solğunlaşması

Xolesterolun yüksəlmə səbəbləri

Xolesterol qaraciyər tərəfindən istehsal olunsa da, heyvansal qidalar vasitəsilə də qəbul edilir. Əsas səbəblər:

- Hərəkətsiz həyat tərzi

- Piylənmə və artıq çəki

- Trans yağlarla zəngin qidalar

- Ailəvi xəstəliklər

- Şəkərli diabet, tiroid pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri

Xolesterol səviyyəsini artıran qidalar

Aşağıdakı qidaların həddindən artıq istifadəsi xolesterol səviyyəsini artırır, necə deyərlər kəllə-çarx edir:

- Qırmızı ət, yağlı süd məhsulları

- Mayonez, marqarin, yağda qızarmış yeməklər

- Hazır salat sousları, un məmulatları, şirniyyatlar

- Palma və hindistan qozu yağı

Nə etməli?

Xolesterol səviyyəsini normada saxlamaq üçün bu qidaların istehlakını məhdudlaşdırmalı, balanslı qidalanmalı və mütəmadi fiziki aktivliklə məşğul olmalısınız.


Etiketlər:  Qanda xolesterini kəllə çarx edir təzyiq insult yaradır Bildiyinizdən daha zərərli imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ