Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

Tarix: 31 Dekabr 2024 16:48

Co Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb. 

Sonxeber.net bildirir ki, jurnalist Baydenə "AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?" sualı ünvanlayıb.

Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib:
 
"Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. /Bizim.Media


Etiketlər:  Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ