Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask populyarlığına görə onları geridə qoydu

Mask populyarlığına görə onları geridə qoydu

Tarix: 1 Yanvar 2025 14:52

"SpaceX"in yaradıcısı İlon Mask xəbərlərin populyarlığı reytinqində Ceff Bezos və Mark Zukerberqi geridə qoyub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə media bazarının tədqiqi ilə məşğul olan "Taboola" şirkəti məlumat yayıb.

Analitiklər qeyd edir ki, Mask 2022-ci ildən baxış sayına görə ən yaxın rəqiblərini qabaqlayır, lakin 2024-cü ildə Mask, Bezos və Zukerberq arasında fərq maksimum həddə çatıb. Reytinqdə 2024-cü ilin yanvar-noyabr ayları ərzində sahibkarlar haqqında məqalələrə baxış məlumatları nəzərə alınıb.

"Musk haqqında məqalələr bu il yanvarın 1-dən noyabrın 12-dək 1,03 milyard baxış toplayıb ki, bu da 2023-cü illə müqayisədə 120%, 2022-ci illə müqayisədə isə 528% çoxdur", - portal "Taboola"nın araşdırmasına istinadən yazır.

Vurğulanır ki, 2022-ci ildən Bezos və Zukerberq haqqında yeni materialların sayı artsa da, onların artım tempi Mask haqqında yazılan məqalələrdən aşağıdır.


Etiketlər:  Mask populyarlığına görə onları geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ