Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

Tarix: 6 Dekabr 2019 13:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb. Bura zeytun, badam və əsasən, meyvə ağacları aiddir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, regionlarda bu gün ərzində artıq 50 min ağac əkilib:

"Müşfiqabad qəsəbəsinin ərazisində ictimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə minlərlə ağac əkilir".

V.Kərimov qeyd edib ki, ümumilikdə ağacəkmə aksiyasında 1000-ə yaxın insan iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müşfiqabadda mindən çox ağacın əkilməsinə başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ