Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyaməddin Musayev o görüntüdən danışdı: Düzgün deyil!

Niyaməddin Musayev o görüntüdən danışdı: Düzgün deyil!

Tarix: 5 Yanvar 2025 08:25

Xalq artisti Niyammədin Musayev "İcitmai TV"də qonaq olduğu "Cümə axşamı" verilişindəki görüntüləri ilə gündəmə gəlib. Belə ki, verilişdə Xalq artisti ilə birgə qonaq olan tanınmış müğənnilər Dilarə Kazımova və Nigar Camalın geyimi, onların Niyaməddin Musayevin ətrafında bu geyimdə əyləşmələri müzakirələrə səbəb olub. 

Sonxeber.net xəbər verir ki, tənqid edilən Xalq artisti Niyaməddin Musayev bu barədə açıqlama verib. 

O bildirib ki, hər kəsin öz geyim tərzi var: "Əvvəla, məni verilişə "İctimai" televiziya dəvət edib.

"İctimai TV" normal kanaldır. Mən nə bilim ki, onlar nə geyinəcəklər? Verilişdir, dəvət edirlər, gedirəm. Bəzən görürsən ki, ətrafımda elə adamlar olur... Mən deyim ki, verilişə kim gələcək? Belə sual vermək düzgün deyil axı. Nə bilim, gələn adam nə geyinəcək? Bu, onun öz mədəniyyətinə, şəxsiyyətinə baxır. Hər kəsin özünə məxsus geyimi var. Dilarə Kazımova və Nigar Camal çox gözəl ifa etdilər. Qulaq asdım, ifa tərzləri normaldır. Müasir geyinirlər, bu haqda nə deyə bilərəm? Deyim ki, niyə belə geyinirsiniz? Belə şey düzgün deyil. Gərək, insanın özü öz geyimini seçsin".  (Pravda.az)


Etiketlər:  Niyaməddin Musayev görüntüdən danışdı Düzgün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ