Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2025 22:55
Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb.
Sonxeber.net xəbər verir ki, bu barədə onun həmkarı və dostu Elşən Orucov "Xəzər axşamı" verilişində deyib. O, Nicatın şəkərinin yüksəldiyini bildirib:
"Proqramada Nicat da olmalı idi. Ondan xahiş etdik, yoldan qayıtdı. Şəkər xəstəsidir, dörd gündür şəkəri düşmür. O halda belə gəlirdi. İlkinlə biz xahiş etdik ki, qayıtsın. Çünki bilirik ki, özünü pis hiss edəcək".
Qeyd edək ki, Nicat Rəhimov bu gün "İncə səhər" verilişində mərhum dostundan danışmışdı. (Axşam.az)