Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2025 17:32
"İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Kanada hökumətinin Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "PS752" reysinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki raketi tərəfindən vurulmasının 5-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.
Kanada hökuməti Beynəlxalq Ədalət Məhkəməsində İrandan şikayət edildiyini bir daha xatırladıb.
Qeyd edək ki, təyyarənin vurulması nəticəsində göyərtədə olan 176 nəfər həlak olub. Kanada, İsveç, Ukrayna və Britaniya İranın məsuliyyəti öz üzərinə götürməsini, eləcə də təzminat ödənilməsini tələb edirlər.