Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 17:36
Bakı. Trend:
Mütəşəkkil şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da bütün bölgələrdə olduğu kimi, Sabirabadda da ağacəkmə aksiyası keçirilib.
Bu genişmiqyaslı kampaniyaya sevinclə qoşulan yüzlərlə sabirabadlı səhər saatlarından ağacəkmə aksiyasında iştirak etmək üçün Sabirabad-Saatlı avtomobil yolu boyunca toplaşıblar.
Bayram əhval-ruhiyyəsi ilə keçirilən aksiyada 12 min nəfərdən çox sabirabadlı iştirak edib və minlərlə müxtəlif növ meyvə və bəzək ağacları əkib, suvarıb, tinglərin mühafizəsi üçün qoruyucu sədlər çəkiblər.
Dekabrın 6-da Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında və Şirvan şəhərində də ağacəkmə aksiyası keçirilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünün ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasında mühüm rolu olacaq. Bu təşəbbüs mütəxəssislər və ziyalılar tərəfindən Azərbaycan təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində böyük qayğı kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin