Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 19:48
Çinin cənub-qərbindəki Tibet muxtar bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji İdarəsi məlumat yayıb.
Zəlzələ Tibet muxtar vilayətinin Şiqatse qraflığının Tinqri dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Əhali arasında dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvarın 7-də Şiqatse qraflığında 6,8 bal gücündə zəlzələ baş vermişdi. Son məlumatlara görə, zəlzələ nəticəsində 126 nəfər ölüb, 61,5 min nəfər xəsarət alıb.