Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manafdann xəstəxanaya CAVAB: ''Çimnazla nə danışmışamsa, onu demişəm'' - Yenilənib - FOTO

Manafdann xəstəxanaya CAVAB: ''Çimnazla nə danışmışamsa, onu demişəm'' - Yenilənib - FOTO

Tarix: 16 Yanvar 2025 23:25

23:17

Müğənni Manaf Ağayev haqqında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova tərəfindən səslənən fikirlərə cavab verib.

Sənətçi Oxu.Az-a açıqlamasında yanlış anlaşıldığını deyib:

"Mən həkim adı çəkməmişəm, heç bilmirdim hansı xəstəxanada əməliyyat olub. Sadəcə, bir nəfər mənə zəng edib məclisə çağırmaq üçün Çimnaz xanımı axtarırdı. Təxminən 1 həftə öncədən söhbət gedir. Nömrəsini istəyəndə dedim, yox, özü ilə danışım, sonra verim. Onunla danışana qədər xəstəliyindən xəbərsiz idim. Zəng edəndə mənə dedi ki, xəstəxanada idim, amma indi çıxmışam, şükür, yaxşıyam, xahiş edirəm, heç kim bilməsin. Xəstəliyinin nə olduğunu soruşdum, atası da yanında idi, çünki bu gün mənə yaxınlaşdı, dedi ki, siz zəng edəndə mən yanında idim. Çimnaz həmin zəngdə mənə dedi ki, "həkimlər mənim başıma oyun açdılar, 2 dəfə əməliyyat oldum, amma şükür Allaha, düzəlmişəm, yaxşıya doğru gedirəm". Mən isə nə əməliyyatı olduğunu soruşmadım, bugünkü günə qədər bilmirdim.

Mənim heç bir xəstəxana və ya həkimlə qərəzim yoxdur. Sadəcə, nə danışmışamsa, onu da demişəm".

--------
21:02

"Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsi yaraşmaz".

Bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.Az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.

O, müğənninin "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:

"Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, "Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib" deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz".

G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.

----------
13:14

Müğənni Manaf Ağayev ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın xəstəliyindən danışıb.

Sonxeber.net xəbər verir ki, mediaya açıqlama verən sənətçi aktrisanın xəstəliyindən xəbərdar olduğunu deyib. O bildirib ki, Çimnaz bir həftə əvvəl həkimlərdən şikayətlənib:

"3 aya yaxın idi ki, xəstəliyi ağırlaşmışdı. Bir adam zəng vurdu mənə, onu məclis üçün axtarırdılar. Ona zəng etdim, gördüm danışa bilmir. Dedi ki, xəstəyəm, amma heç kimə deməyin. Demişdi əməliyyat olunmuşam, yaxşılığa doğru gedirəm. Bir həftə əvvəl də danışmışdıq, dedi ki, yaxşıyam, xəstəxanadan çıxmışam. Tapşırdı ki, xəstəliyini gizli saxlayım. Dedi ki, həkimlər başıma oyun açdı. Çox soruşub, dərinə getmədim".

Qeyd edək ki, 43 yaşlı Çimnazın dünən ad günündə vəfat edib. Aktrisa uzun müddətdir bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkim səhvindən dünyasını dəyişdiyi iddia olunub. / Axşam.az 


Etiketlər:  Manafdann xəstəxanaya CAVAB Çimnazla danışmışamsa demişəm Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ