Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2025 22:24
Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.
Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğunu bildirib.
Qeyd olunur ki, uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi. Təyyarənin Zvartnots hava limanına enməsi Yerevan vaxtı ilə saat 23:25-ə (Bakı vaxtı ilə eynidir - red.) nəzərdə tutulub.