Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış blogerin əmlakına həbs qoyuldu

Tanınmış blogerin əmlakına həbs qoyuldu

Tarix: 18 Yanvar 2025 11:26

Moskvanın Troitski Məhkəməsi Valeriya Çekalinanın (bloger Lerçek) əmlakına həbs qoyub.

Sonxeber.net xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Moskvanın Troitski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin təqsirləndirilən şəxs Valeriya Valeriyevna Çekalinanın əmlakına (pul) ibtidai istintaq və məhkəmə ərzində həbs qoyulması barədə vəsatəti təmin edilib", - mətbuat xidməti bildirir.

Qeyd edək ki, 2024-cü il dekabrın 17-də Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyasından 251 milyon rublun çıxarılması işi üzrə birinci instansiya məhkəməsinin Çekalina və onun keçmiş əri Artyom Çekalinin ev dustaqlığının müddətinin uzadılması barədə qərarını qüvvədə saxlayıb. /Unikal


Etiketlər:  Tanınmış blogerin əmlakına həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ