Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Finala çıxsaq, möcüzə olar'' - Poçettino ümidsizdir

''Finala çıxsaq, möcüzə olar'' - Poçettino ümidsizdir

Tarix: 8 May 2019 15:04

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Qol.az-ın məlumatına görə, finala çıxmaq şanslarını dəyərləndirən argentinalı mütəxəssisin ümidsiz danışıb:

"Evdə 0:1 hesabı ilə uduzmuşuq. Cavab matçında "Ayaks"ı keçib, finala çıxsaq, möcüzə olar. Ancaq qələbə qazansaq, Londona qayıdıb, başqa şeylər haqda danışa bilərik".

İlk oyunda zədələnən Yan Vertongenin durumuna da toxunan Poçettino müdafiəçinin start heyətdə meydana çıxacağını bildirib: "Burnunun üstündəki kəsiyi nəzərə almasaq, hər şey normaldır. Özünü yaxşı hiss edir və "Ayaks"la matçda meydanda olacaq".

Qeyd edək ki, bu gün keçiriləcək "Ayaks" - "Tottenhem" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 


Etiketlər:  Finala çıxsaq möcüzə olar Poçettino ümidsizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ