Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəstəliyini əvvəldən bilirdim, dedi ki, atamı Türkiyəyə gətirmişəm''

''Xəstəliyini əvvəldən bilirdim, dedi ki, atamı Türkiyəyə gətirmişəm''

Tarix: 18 Yanvar 2025 14:35

"Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan".

Müğənni aktrisa ilə dostluq əlaqələrinin olduğunu da vurğulayıb:

"Mən xəbəri eşidəndən sonra zəng etdim, telefonu götürən olmadı. Atası fağır kişidir. Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz... Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi". /yenilik.az


Etiketlər:  Xəstəliyini əvvəldən bilirdim dedi atamı Türkiyəyə gətirmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ