Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 23:10
Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib.
Sonxeber.net xəbər verir ki, yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.
Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.
Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.