Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2025 22:56
Həddindən artıq ümidli, motivasiyalı idik.
Sonxeber.net xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XIX turunda "Sabah"la oyundan (1:1) sonra bildirib.
Mütəxəssis futbolçuların yaxşı mübarizə apardığını vurğulayıb:
"Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələ toplanışında klubumuzun televiziyasına müsahibəmdə hazırlığımızın necə möhtəşəm keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki... Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox şans vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, "Neftçi" adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək".
Qeyd edək ki, "Neftçi" 19 turdan sonra 18 xalla yeddinci yerdə qərarlaşıb.