Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Tarix: 20 Yanvar 2025 17:05

"1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!".

Sonxeber.net bildirir ki,  bu sözləri Xalq artisti Mələykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən aktrisa bu gecəni heç vaxt unutmayacağını bildirib.

O, vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib.


Etiketlər:  Xalq artisti gecə nomrəli xəstəxanada yatırdım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ