Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2025 15:55
Rusiyalı aktyor Boris Estrin səhhəti 2-ci tip şəkərli diabet səbəbindən kəskin şəkildə pisləşib.
Sonxeber.net xəbər verir ki, 55 yaşlı aktyorun ayaqları tutulub. O, daimi ağrılar, başgicəllənmə, halsızlıqdan əziyyət çəkir və ayaqları uyuşmağa başlayıb.
Onun mərkəzi sinir sistemində də problemlərin olduğu aşkarlanıb.
Qeyd edək ki, Boris "Əsgərlər" serialında "Xvorostyuk" obrazı ilə tanınıb. Ümumilikdə onun filmoqrafiyasına 100-dən çox ekran işi daxildir. /Axşam.az