Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2025 19:40
Ukraynalı məşhur boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə onun meneceri Tom Loffler "EsNews" kanalına açıqlamasında bildirib.
Menecer boksçunun 8 illik fasilədən sonra karyerasını bərpa etməyə hazır olduğunu söyləyib. T.Loffler martda 49 yaşını tamamlayacaq Kliçkonun Corc Formanın rekordunu qırmaq istədiyini və titul uğrunda döyüşmək üçün əla formada olduğunu deyib. Ancaq o, V.Kliçkonun həmyerlisi Aleksandr Usiklə deyil, Tayson Fyuri ilə döyüşmək istədiyini vurğulayıb.
Qeyd edək ki, T.Fyuri bir neçə gün əvvəl karyerasını bitridiyini açıqlayıb.
48 yaşlı ukraynalı boksçu 2017-ci ildə britaniyalı həmkarı Entoni Coşua ilə döyüşdə məğlubiyyətdən sonra karyerasını başa vurub. V.Kliçko karyerası ərzində 64 qələbə (53-ü nokautla) qazanıb. O, bu döyüşlərin 53-də rəqiblərini nokautla üstələyib. Kliçko karyerası ərzində 5 məğlubiyyətlə üzləşib. /Report