Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2025 14:55
Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 2 il keçib.
Sonxeber.net xəbər verir ki, həyat yoldaşı Röyal aktrisanın ölümü ilə bağlı paylaşım edib.
O, xanımının xatirəsini bu sözlərlə yad edib:
"Saat 10:00-da ürəyi dayandı, amma yenidən vurmağa başladı. Saat 11:00-da yenidən ürək dayandı. Allah rəhmət eləsin... Bu söz 770 gündür ki, qulağımda səslənir. Ömrümün sonuna kimi də səslənəcək. Ad günlərimi unuduram, hər dəfə Tünzalə xatırladırdı. Amma öldüyü günü bilirəm: 21.01.2023...
İnsanların fikirlərinə Allah rızası üçün hörmət edirəm. Lakin bəzən başqa səhifələrdə şərhləri oxuyuram: Zəhra Tünzalə ilə eyni geyimi geyinib və ya qəbr daşını niyə yumurlar? Oxuyub keçirəm. Biz ailə quranda da çox söz yazıldı, əsla cavab vermədik. Lakin o şərhləri ailə üzvlərimiz, dostlarımız da oxuyur. Yaxşı deyil... Biz o daş parçasını yusaq nə dəyişəcək? Mənim üçün daş parçasıdır. Lakin insanların inancına, düşüncəsinə hörmət edirik.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa xərçəngdən əziyyət çəkirdi. O, uzun çəkən müalicələrdən sonra 2023-cü ildə dünyasını dəyişib. Röyal adlı bəylə ailəli olan aktrisanın Zəhra adlı bir qız övladı var.