Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən gözəl qadın futbolçunun göz yaşı içində VİDEOsu

Ən gözəl qadın futbolçunun göz yaşı içində VİDEOsu

Tarix: 23 Yanvar 2025 03:04

Portuqaliyanın "Braqa" və Xorvatiya millisinin üzvü Ana Maria Markoviç dünyanın ən gözəl qadın futbolçularından biri kimi məşhurdur.

Sonxeber.net xəbər verir ki, bu yaxınlarda "TikTok"da gözəlin, "Vitoria Qimarayeş" klubundan ayrılaraq "Farenşe"yə keçən sevgilisi Tomas Ribeyro ilə bağlı bir video yayılıb. Bu keçid cütlüyü müvəqqəti ayrılığa və uzun məsafəli münasibətə məcbur edib.

Markoviç sevgilisi ilə vidalaşdığı zaman çəkilən video yayımlayıb. O, videoda ağlayır. Ana Markovic videoya "Bəzən futbola nifrət edirəm" şərhini yazıb.

"Tomas hər səhər mənim üçün səhər yeməyi və başqa yeməklər hazırlayırdı. O, mənim qayğıma qalırdı. İndi təkəm və özüm yemək bişirməliyəm", - deyə Maria bildirib. /Publika.az


Etiketlər:  gözəl qadın futbolçunun göz yaşı içində VİDEOsu


RƏYLƏR