Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 12:12
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.
Sonxeber.net xəbər verir ki, o, Gununsesi.info-ya açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb.
"Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur", - deyə Ş.Səmədzadə bildirib.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.