Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən xanımımı, o da məni sevmir''

''Mən xanımımı, o da məni sevmir''

Tarix: 23 Yanvar 2025 18:05

"Mən sevmirəm axı. Sevmək ayrı bir şeydir, müvəqqətidir. Sinifdə də, böyüyəndə də sevirsən, sonra pəncərədən baxırsan... Bunlar hamısı sevgidir. Mən savadsız, təbli adamam. Elə bir elmim, plan qurmağım olmayıb. Adamlar var ki, deyir, bunu edəcəyəm, buranı oxuyacağam və sairə. Bu xanımı almışam, heç o da məni sevməyib".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov iş xanımı Ruhiyyə Əliyevanın "Qaranlıqda həqiqət" layihəsində danışıb.  Xanəndə həyat yoldaşına olan sevgisindən danışıb:

"Elə sevgilərlə yaşamamışam. Allaha qurban olum, deyirəm, xanımı Allah mənə verib ki, bu insana kömək et. Mənim Asəf Zeynallıya daxil olmağım onun qohumu Siyavuş Aslanın sayəsində olub. Qayınanam gördü ki, əlim hər yerdən üzülüb, bir uşaq var, ruzi-bərəkət yox, mən də avara. Siyavuşa deyib ki, kürəkənimi ora düzəlt, yoxsa neft töküb özümü yandıracağam. O da rəhmətlik Vasif Adıgözəlova deyib. Bu, Allahın lütfüdür. Biz 8-ci sinifə qədər birgə oxumuşuq, o, həmişə 5 alırdı, mən 2. O, bərk gedən idi, mən şalvarı yamaqlı bir adam. Allahın bir qisməti idi ki, belə oldu və mənə kömək etsin.

Məsələn, indi səhnədə boğazımda nəsə olanda, məndən qabaq boğazı tutulur. Allahın qismətidir, deyirəm, özündən çox razı olma, ağzın nə idi ki, mənə yoldaş olmayasan. Hərdən özündən çıxır, "mən" deyir... Hiss etdirir. Deyirəm, səni Allah göndərib, özünü yaxşı apar".


Etiketlər:  Mən xanımımı məni sevmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ