Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 23:02
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin indi tamamilə Moskvadan asılı olduğunu və Kiyevin buna hazır olduğunu bildirib.
Sonxeber.net xəbər verir ki, amerikalı lideri bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tez bir zamanda görüşməyə və Ukraynadakı münaqişəyə son qoymağa ümid etdiyini qeyd edib.
"Bir məsələ çox vacibdir. Mən qısa zamanda Prezident Putinlə görüşmək və bu müharibəyə son qoymaq imkanı əldə etmək istərdim", - dövlət başçısı vurğulayıb. /APA