Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 15:08
"Yuventus"un oyunçuları Canluici Buffon və Kriştiano Ronaldo ötən ay Albaniyanın Durres şəhərində baş verən zəlzələ zamanı eyvanda tullanıb, qurtulan uşaqlara baş çəkiblər.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onlar uşaqlara imzalı forma hədiyyə ediblər.
Albaniyanın baş naziri Edi Rama zəlzələdən sonra xəstəxanada uşaqları ziyarət edərkən Ronaldo və Buffonu onların yanına gətirəcəyinə söz vermişdi.