Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 yaşlı idmançı məşq vaxtı öldü

19 yaşlı idmançı məşq vaxtı öldü

Tarix: 25 Yanvar 2025 09:12

İtaliyalı velosipedçi Sara Piffer 19 yaşında Medzokoronada məşq edərkən avtomobil tərəfindən vurularaq dünyasını dəyişib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə AFP İtaliya Velosipedçilər Assosiasiyasına istinadən məlumat yayıb.

Piffer İtaliyanın şimalındakı Bolzano yaxınlığında yerləşən "Mendelspeck" komandasında çıxış edib.

İdmançı və onun qardaşı velosiped sürərkən 70 yaşlı kişi ötmə hərəkəti edib, onları vurub. Velosipedçinin qardaşı yüngül xəsarətlər alıb.

Piffer 2023-cü il Dünya Gənclər Çempionatında 18-ci olub və növbəti mövsümdə peşəkar kimi debüt etməli idi.


Etiketlər:  yaşlı idmançı məşq vaxtı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ